Site icon Aznews TV

Kovalenko:Təəssüf ki, geri çəkilməyə məcburuq

Aznewstv xəbər verir ki, bunu ukraynalı siyasi müşahidəçisi Aleksandr Kovalenko deyib.

“Kifayət qədər sursat olmasa, Ukrayna Silahlı Qüvvələri ancaq müdafiə xətti tuta bilər”, – o vurğulayıb.

Kovalenko əlavə edib ki, Ukrayna bəzi mövqelərdən geri çəkilmək məcburiyyətində qalacaq:

“Söhbət kritik ərazi itkilərindən getmir. Amma indi azad edilmiş ərazilərin genişləndirilməsindən danışmaq mümkün deyil. Təəssüf ki, bunu etiraf etmək lazımdır. Beynəlxalq tərəfdaşlarımız qələbə və ərazilərin azad edilməsi üçün bizə müvafiq nomenklatura, eləcə də vasitələrin tədarük həcmini tam olaraq bərpa edənə qədər düşmən üstünlük təşkil edəcək”.

Exit mobile version