İranda ədalətsizliyi hər yerdə görmək olar. Azərbaycan fəalları uzun illərcə Azərbaycanın tarix və kültürünə qarşı aparılan savaş haqqında milləti aydınlatmağa çalışdılar. Ancaq hakimiyyət hər zaman fəalları ciddi olmayan işlərlə məşğul olmaqda ittiham edib. Hakimiyyətin Azərbaycançılara qarşı apardığı propaqanda savaşından niyyəti əlbəttə milləti əsil qayğıçəkənlərindən uzaqlaşdırmaqdı. Ancaq çox şeyə əlac olan zaman burada da həqiqətin ortaya çıxmasına səbəb oldu. Zaman göstərdi ki, İran hakimiyyəti Fars olmayan millətlərin bütün varlığına düşmandır. Təkcə Keçən bir neçə ilin təcrübəsini gözdən keçirincə Tehran hakimiyyətinin necə Azərbaycan varlığına düşman olduğunu anlamaq olar. Azərbaycan fəallarının illərcə uyarmalarına və etirazlarına baxmayaraq inadla Urmu Gölünə qarşı yanlış siyasətlər sürdürüldü və böyük gəlir qaynağı olabilən Urmu Gölü bu gün Azərbaycanın başına bir həl olunmaz bəlaya çevrilib.
Təbiyi bəlalarda da hakimiyyətin tutumu eyni olubdur. Misal üçün Əhərlə Vərziqan zəlzələsində dövlət hardasa heç bir düzgün iş görmədi və milləti başına gələn müsibətlə baş başa yalnız buraxdı. Daha sonra Zənganın Mis və Ruy fabrikalarından ortaya gələn çevrə kirliliyi eləcə də insanların canının təhdidinə səbəb oldu, məsələyə etiraz edənlərin səsini boğmaqdan başqa bir iş görmədi. Habelə Qaradağ meşələrinin kəsilməsində ağac mafiyasının pərdə arxasında nələr elədiyini də bilən olmadı. Amma bütün bu cinayətlərdə dövlətin əli olduğundan kimsənin şübhəsi qalmadı. İqtisadi faciə və aclıq məmləkətin başdan- başasını bürüyərkən Azərbaycan varlıq içində yoxluq çəkir. Süngünün Mis mədənlərindən çıxan milyardlarca dolar sərvət xam bir şəkildə Kirman kimi Fars ustanlara gedir və Azərbaycanda işsizlikdən çarəsiz qalan gənclər köçmək zorunda qalırlar. Bu günlərdə millətin umudu olan Tiraxtur futbal timinin necə məhv olunması hamını üzsə də, kimsəni təəccübləndirmir. Bünların hamısı yan – yana qoyulunca İran hakimiyyətinin Azərbaycana bir sömürü gözüylə baxdığı da açıq bir şəkildə ortaya çıxır.
Korona mərizçiliyi də bu ədalətsizliyi bir daha açıq bir şəkildə ortaya çıxardıb. Sağlıq Vəzirliyinin verdiyi amara görə Şəhrivər-in 15-nə qədər toplamda 29 milyon 500 min hududunda doz vaksən vurulubdur. Bunların 10 milyondan azı ikinci doz vaksən vurabiliblər və hələ də milyonlarca insan vaksən sırasındadır. Ancaq ölkədəki vurulan vaksən sayına baxılınca yenə Azərbaycan ölkədəki ən az vaksənin vurulduğu yerdə durur. Örnək üçün bir halda ki Kirmanda hədəflənən cəmiyətin yüzdə 73-ü vaksən vurub, Ərdəbildə ölkənin ən az sayısı və ancaq Kirmanın dörd-də biri qədər və yüzdə 18 vaksən vurulubdur. Bu sayı Şərqi Azərbaycan ustanında yüzdə 27, Qəzvində yüzdə 31, Həmədanda yüzdə 36 yarım və Zənganda da ancaq yüzdə 37 olub. Yayılan amara görə Qərbi Azərbaycan hətta sayılarda belə yer almayıb və hədəflənən cəmiyətin yüzdə neçəsinə vaksənin vurulduğu bəlli deyil. Bu bir haldadır ki Təbrizlə urmu kimi böyük şəhərlərdə Koronadan ölənləri məzarlığa daşımağa belə maşın çatışmazlığı vardırr.
Bütün mərizxanalar dolub daşır və tam anlamla bir insani faciə baş verir. Əxi Xaməneyinin inadıyla vaksən alımı yasaqlandıqdan sonra ölkədə bir çox vaksən markasının adı deyilir. Ancaq ən önəmli məsələ də insanların hakimiyyətə vaksən qonusunda güvənməməsidir. Millət içində İranın yerli vaksən olaraq düzəltdiyi Bərəkət adlı vaksənə güvən yoxdur və millət Korona vaksəni yerinə su verildiyinə inanır. Azad bazarda bir çox qullabi Korona vaksəni adıyla satdıqlarının sağlığa necə zərərlər verəcəyini də bilmək olmur. Dərmandan vaksənə qədər ölkəyə baxılınca tam anlamıyqla bir fəlakət yaşanır və hakimiyyət ancaq propaqanda ilə məşğuldur.
Mərizçiliyin ilk yayıldığı zamanlar bütün məqamlar tez – tez Korona tuturdular. Amma nə hikmətdir ki, artıq heç birinə heç nə olmur. Bütün bunlar da məqamların çoxdan güvənli vaksən vurduğu iddiaları gücləndirir. Güney Azərbaycan hər məsələdə olduğu kimi Korona vaksəni qonusunda da hakimiyyətin ədalətsizliyinə məruz qalır.