
Bu barədə “RBC Ukraina” Kiyev meri Vitali Kliçkonun teleqram paylaşımına istinadən məlumat yayıb.
“Partlayış Desnyansk rayonunda qeydə alınıb. Dağıntılar altından bir nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, – Kliçko deyib.
Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 16 mərtəbəli binada qazın partlaması nəticəsində 4 mənzil dağılıb, 6 mənzilə isə ziyan dəyib. 18 nəfər xilas edilib.
Modern.az xəbər verir ki, fəsadların aradan qaldırılmasına 70 nəfər və 13 texnika cəlb olunub.