“Reuters”ə istinadən xəbər verilir ki, səfər elan olunmamışdı.
Agentliyin məlumatına görə, M. Milli səfər çərçivəsində ABŞ-nin Suriyadakı terror qruplaşmalarına qarşı mübarizədə uzunmüddətli səylərini, həmçinin Ərəb Respublikasında amerikalı hərbçilərin müdafiəsi tədbirlərini qiymətləndirməyi planlaşdırır.
O, həmçinin ABŞ-nin Suriyadakı hərbi missiyasının önəmini qeyd edib və bildirib ki, ABŞ və onun Suriya kürdləri timsalında müttəfiqləri İŞİD üzərində qələbə çalmaqda irəliləyiş əldə edirlər. (report)