Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında keçirilmiş qeyri-rəsmi görüşlə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Prezident Şarl Mişel tərəfindən üçtərəfli formatda, həmçinin Almaniya və Fransanın iştirakı ilə Avropa Siyasi İcması çərçivəsində keçirilən görüş qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçdi. İyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi razılaşdırılıb”.