Site icon Aznews TV

Kirmanın Kəhnuc həbsxanasında olan Səhənd Nurməhəmmədzadə görmə problemi ilə üzləşib

Söhənd Nurməhəmmədzadənin atası Cəfər Nurməhəmmədzadə şəxsi İnstaqram səhifəsində yazıb: “Təkcə zibil qutusuna təpik atmaq cinayətinə görə həbs olunan Səhənd Nur Məhəmmədzadə 16 il həbsə məhkum edilib ki onun 10 ili sürgündə keçməlidir. İndi Səhənd Nurməhəmmədzadə görmə problemi ilə üzləşib, islami ədalətdən danışırsız və biz də ədalət axtarırıq.”

Çərşənbə günü, 9 avqust 2023-də Səhənd Nurməhəmmədzadə Qızıl Hisar həbsxanasından 10 il sürgün üçün Kirmandakı Kəhnuc həbsxanasına köçürüldü.

Səhənd Məhəmmədzadə həbs olunduqdan sonra 2022-ci ilin noyabrında müharibə ittihamı ilə ruhi işgəncələrlə müşayiət olunan edam cəzasına məhkum edilmiş, lakin sonradan bu cəza 10 il sürgünə və 6 il həbsə endirilmişdir.

Səhənd Nurməhəmmədzadə saxlanıldığı müddətdə məruz qaldığı fiziki və ruhi təzyiqlər barədə dəfələrlə məlumat verib. Keçən ilin dekabrında o, Tehran həbsxanasından səs faylı yayaraq üç dəfə “göstərməli edam edildiyini” bildirib.

O, ayrıca bildirib ki, həbs edildikdən sonra təhlükəsizlik əməkdaşları onu yaşadığı küçəyə aparıb və buranı bir daha görmək arzusunda olduğunu bildiriblər.

31 Mart 2023-ci ildə Səhənd Nurməhəmmədzadə BBC Farsca ilə müsahibədən sonra ümumi həbsxanadan Rəcaişəhr həbsxanasında bir nəfərlik kameraya köçürüldü.

Exit mobile version