Dünya

Kelli Kraft Həsən Ruhaninin çıxışını tənqid edib

Həsən Ruhani mehri 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 75-ci toplantısında çıxış edib. Belə ki, Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Keli Kraft ölkə başçısının çıxışına münasibət bildirib. O, Həsən Ruhaninin çıxışını “vicdansızlığın şah əsəri” adlandırıb.
“Ruhani Birləşmiş Millətlər Təşkilatının mənşurunun açıq şəkildə pozulduğuna işarə edib və görünür heç də zarafat etmirdi. İran dünyada terrorçuluğun bir nömrəli dəstəkçisidir və bütün Orta Şərqdə qarşıdurmalar yaradıb”, – deyə Kelli Kraft tvitter hesabında yazıb.
Qeyd edək ki, Prezident Ruhani çıxışı zamanı İranın bölgəsəl addımlarını dəstəkləyib. Habelə “Biz 2001-ci il Bonn Konfransındakı bütün sülh və barışıq proseslərində və bölgəsəl çalışmalarda rol oynamışıq”, – deyə fikir səsləndirib.
İran prezidenti çıxışında Amerikanın siyasətinə kəskin hücum edib. O, Vaşinqtonu atom anlaşmasından çıxdığı və İrana qarşı sərt təhrimlər tətbiq etdiyi üçün tənqid edib. Eyni zamanda ölkənin Orta Şərqdəki fəaliyyətini də kəskin qınayıb.
İran prezidenti Amerikanı Sipahın Qüds Qüvvələrinin keçmiş fərmandehi Qasım Süleymanini öldürdüyünə görə də tənqid atəşinə tutub. O, Amerikanın İraqdakı varlığını pisləyərək, ölkəsinin İraq xalqının yanında olduğunu vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button