Dünyaİran

Keçmiş briqada generalı: “İsrail İranın hücumunu dəf etmək üçün bir gecədə bir milyard dollardan çox vəsait xərcləyib”

İranın yüzlərlə raket və pilotsuz təyyarə ilə hücumunu dəf etmək İsrailə bir gecədə təxminənn 1-1,3 milyard dollara başa gəlib.

Bu barədə İsrail Müdafiə Qüvvələri Baş Qərargahının keçmiş maliyyə müşaviri, ehtiyatda olan briqada generalı Ram Aminah “Ynet” portalına müsahibəsində məlumat verib.

“Söhbət bir gecədə müdafiə üçün 4-5 milyard şekelin (1-1,3 milyard dollar) xərclənməsindən gedir”, – ehtiyatda olan general vurğulayıb.

Onun sözlərinə görə, İsrailin hücumu dəf etmək üçün çəkdiyi xərc İranın bu hücumu həyata keçirmək üçün xərclədiyi vəsaitdən on dəfə çoxdur.

.

Related Articles

Bir cavab yazın

Back to top button