Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
AzərbaycanDünya

Minnesota əyalətində fevralın 26-sı Azərbaycan günü elan edilib

Amerikanın Minnesota əyalətinin fərmandarı Tim Volz fevriyənin 26-nın Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan əncüməninin başqanı Günel Rallisin fikri olub. Bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, eləcə də təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.
Bəyanat ölkəmizlə bağlı həqiqətlərin təbliğində Minnesotada yaşayan azərbaycanlıların uğuru kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, 2016-cı ildə Amerikanın Minnesota əyalətinin Nümayəndələr otağı Xocalı soyqırımının 24-cü ildönümü ilə ilgili qətnamə qəbul edib.

Related Articles

Bir cavab yazın

Back to top button