Dünyaİran

Kanada İrana yeni sanksiyalar tətbiq etdi

İranın 8 rəsmi şəxsi və iki qurumu Kanada hökumətinin sanksiyalarına məruz qaldı.

Martın 27-də Kanada hökuməti insan haqlarının pozulması, dron istehsalı və ballistik raketlərin istehsalı ilə bağlı İran İslam Respublikasının 2 qurumuna və 8 rəsmisinə qarşı yeni sanksiyalar tətbiq edib.

Sanksiyaların bu raundunda SEPAH-ın yüksək vəzifəli şəxsləri və polis qüvvələri xalq etirazlarını yatırtdıqları üçün, həmçinin dron və ballistik raketlərin istehsalı ilə məşğul olan məmurlar hədəfə alınıb.

Sanksiyalr siyahısına Tehranın SEPAH komandanı Həsən Həsənzadə, Ərdəbilin SEPAH komandanı Qulamhüseyn Məhəmmədi Əsl və Tehran Polisinin rəisi Abbas Əli Məhəmmədiyanın da adı daxil edilib.

Related Articles

Bir cavab yazın

Back to top button