Site icon Aznews TV

KafkasSAM: İran federal idarəetməyə keçir?

İranın sabiq prezidenti Məhəmməd Hatəmi dövlətin idarə edilməsi üçün ən yaxşı vasitənin federal idarəetmə olduğunu bildirib.

Aznews.tv-nin verdiyi məlumata əsasən, Hatəmi bu sözləri Tehran şəhərnin şurasının üzvləri ilə görüşərkən bildirib.

“Ola bilsin ki, bunu indi deməyim doğru olmaz. Lakin mənə görə ən yaxşı idarəetmə forması federal idarəetmədir. Mənim prezidentliyim dönəmində İran 10 bölgədən ibarət idi. Lakin Konstitusiya buna icazə vermədiyi üçün bu fikri gündəmə çıxarmadıq”, – deyə o qedy edib.

Onun sözlərinə görə, prezidentliyi dönəmində İranda ilk dəfə şəhər və kəndlər üçün islami şuraların seçkisi keçirilmişdi.

“Bu şuralar respublikanın bariz nümunəsi idi”, -deyə Hatəmi əalvə edib.

Qedy edək ki, Hatəmidən öncə İranın Milli Məclisinin araşdırma mərkəzi və bir sıra millət vəkilləri də bu fikri dəstəkləmişdilər.

Son zamanlarda bu fikrin tez-tez səslənməsi İranda federal idarəetməyə keçmənin mümkün olub-olmadığı haqda suallar doğurur.

Aznews.tv

Exit mobile version