
Təbriz həbsxanasında məhbus olan sənətçi Milad Cəlili də İsmayılzadəni dəstəklədiyini açıqlayıb və onun durumuna diqqət yetirilməsə, o da aclıq aksiyasına başlayacağını bildirib.
Qeyd edək ki, iyunun 23-də mədə qanaxması keçirən milli fəal Təbrizin “İmam Rza” xəstəxanasına köçürülüb. Qısamüddətli müalicədən sonra geri qaytarılan İsmayılzadənin durumunun ağır olaraq qaldığı və komaya düşmək təhlükəsi olduğu bildirilib.