Azərbaycanİran

Kərim İsmayılzadənin vəziyyəti ağırlaşıb

Təbriz həbsxanasında saxlanılan milli fəal Kərim İsmayılzadənin vəziyyəti yenidən ağırlaşıb. Bu barədə həbsxanadakı mənbələrə istinadən insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, iyunun 23-də mədə qanaxması keçirən milli fəal Təbrizin “İmam Rza” xəstəxanasına köçürülüb.
Qısamüddətli müalicədən sonra geri qaytarılan İsmayılzadənin durumunun ağır olaraq qaldığı və komaya düşmək təhlükəsi olduğu bildirilib.

“Həbsxananın tibb məntəqəsinin həkimləri məntəqədə müalicə üçün yetərli tibbi avadanlıq olmadığını deyiblər. Onlar məhbusun xəstəxanada müalicə olunmasını istəsələr də, həbsxana rəhbərliyi bununla razılaşmayıb”, – məlumatda deyilib.

Qeyd edək ki, “insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək”də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button