Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

“KƏNARƏK GƏMİSİNDƏ HADİSƏ” BAŞ VERDİYİ TƏYİD EDİLDİ

İran ordusunun Dəniz Qüvvələrinin Bəndər Abbasdakı birinci bölgəsi, Cask bəndərinin sularında Dəniz Qüvvələrinə aid yüngül gəmilərdən birinin “hadisə”yə məruz qaldığını bildirib.
İran ordusu bir qrup personelinin öldüyünü və yaralandığını da təyid edib.
İranın mətbuatı və dövlət radio televiziyonunun Bəndər Abbasdakı 1-ci Dəniz məntəqəsinin ümumi rəvabitinə istinadən verdiyi məlumata görə, bu hadisə ordibeheştin 12-i, bazar günü günortadan sonra bir sıra gəmilərin manovr icra etdiyi vaxt baş verib.
Açıqlamaya görə, “Kənarək yüngül yardımçı gəmi hadisəyə düçar olub və indiyə qədər bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı təyid olunub”.
Dəniz Qüvvələri artıq məlumatlar vermədən, “hadisənin dəqiq səbəbləri fənni mütəxəssislər tərəfindən diqqətlə araşdırılır”, – deyə əlavə edib.
Xatırladaq ki, bu açıqlamadan bir neçə saat öncə, qeyri-rəsmi xəbərlər və quzarişlər, Oman dənizinin sularında “Cəmaran döyüş gəmisinin səhvən Kənarək nizami qayığını atəşə tutduğunu” göstərib.

Related Articles

Bir cavab yazın

Back to top button