Dünyaİran

Kənani İsraili təhdid etdi

HƏMAS-ın İsrailə hücumunun arxasında İranın əli olması ilə bağlı fikirlərə bu ölkənn Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani cavab verib.

O, bu gün keçirdiyi konfransda bu barədə bildirib.

Kənani beynəlxalq ictimaiyyətin fələstinlilərə dəstək verdiyini iddia edib və baş verənlərə görə İsraili günahlandırıb.

“İran İslam Respublikasını təhdid edən hər kəs bilməlidir ki, İslam Respublikasına qarşı hər hansı axmaq hərəkət dağıdıcı cavabla qarşılaşacaq”,- Kənani deyib.

Qeyd edək ki, Əli Xaməneyinin ofisinin mətbua orqanı sayıla “Keyhan” qəzeti HƏMAS silahlılarının hücumunun İranla kordinasiya edildiyini yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button