
“Vəkil evi, tarixi İsmayıl bəy evi, Vahabzadə evi, Mənsuri evi, bir neçə tarixi hamam və başqa memarlıq nümunələri 80% dağılıb”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ərdəbil əyalətində onlarla tarixi abidə bu vəziyyətə düşüb.
Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyir.