Dünyaİran

JNS: İran və Hizbullah Aralıq dənizində İsrailə dəniz blokadası hazırlayır

Hizbullah Aralıq dənizində İsrailə qarşı yeni cəbhə açmaq üçün İranla koordinasiya edir. Bu barədə ingilisdilli “Jewish News Syndicate” xəbər agentliyi yazır.

Məqsəd Hizbullahın ən böyük təhlükəsi hesab etdiyi İsrail Hərbi Hava Qüvvələrinin imkanlarını zərərsizləşdirməkdir.

Qeyd olunur ki, təşkilatın lideri Nəsrullahın strategiyasına Kiprə hücum daxildir və onun fikrincə, bu, Livanla müharibə olacağı təqdirdə İsrail Hərbi Hava Qüvvələri üçün alternativ əməliyyat bazası rolunu oynaya bilər.

“Nəsrullahın mesajı Yaxın Şərqdəki bütün regional oyunçulara və İsraili dəstəkləyən beynəlxalq ictimaiyyətə ünvanlanıb. Bəziləri onun İranla birlikdə Aralıq dənizində İsrailə ciddi dəniz blokadası qoymağı planlaşdırdığından şübhələnirlər”, – məqalədə qeyd edilir.

Related Articles

Bir cavab yazın

Back to top button