“ANT” “TRT Haber”ə istinadən xəbər verir ki, 16 ev yanıb, 87 ev boşaldılıb, 44 iş yerində təxliyə aparılıb.
İnsan itkisi qeydə alınmasa da, yaşayış evlərinə ciddi ziyan dəyib.
Hazırda vilayətdə 5 təyyarə, 15 helikopter və çoxlu sayda texnika yanğınla mübarizə aparır. Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı hadisə yerindədir.