
Bu barədə Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bildirib.
Baş nazirin müavini deyib ki, sənədlərin Aİ-yə ötürülən hissəsi artıq işlənib.
O qeyd edib ki, Aİ-yə namizəd statusunun əldə edilməsi imkanlarını qiymətləndirmək üçün sorğunun doldurulmuş birinci hissəsi Avropa Komissiyasına göndərilib. Hazırda ikinci hissə üzərində iş gedir.
Xatırladaq ki, Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı bu yay yekun rəy verəcəyini vəd edib.
Beləliklə, Ukraynanın 2024-cü ildə tam şəkildə Aİ-yə daxil olması baş tuta bilər.(report.az)