Sənəd martın 5-də vəzifəsinin icrasına başlayacaq yeni seçilmiş Prezident Tamaş Şuyokun ofisinə imzalanmaq üçün təqdim edilib.
Ratifikasiya prosesi başa çatdıqdan sonra sənəd Vaşinqtona göndəriləcək, çünki ABŞ Dövlət Departamenti NATO-nun təsis sazişinin saxlanmasına cavabdehdir, daha sonra alyansın başçısı Yens Stoltenberq İsveçi rəsmi şəkildə dəvət edə bilər.
İsveç nümayəndələri dəvət aldıqdan və qoşulma haqqında sənədləri imzaladıqdan sonra alyansın təhlükəsizliyi zəmanəti qüvvəyə minəcək. Bunun ardınca NATO-nun Brüsseldəki mənzil-qərargahında tədbir olacaq, İsveç bayrağı digər 31 üzv ölkənin bayrağı ilə yanaşı dalğalanacaq.