
İsraillə Qəzzə arasında atəşkəs razılaşmasının icrasına başlanılıb. Belə ki, İsrail hökumətinin toplantısından sonra tərəflər 11 gün davam edən hava hücumlarının dayandırılması barədə qərar qəbul ediblər. Meyin 21-i gecə saat 00:04-də qüvvəyə minən qərarın monitorinqini Misir həyata keçirəcək.
Qeyd edək ki, meyin 20-də Amerika prezidenti Co Bayden İsrailin Baş baxanı Benyamin Netanyahunun qeyd-şərtsiz qarşılıqlı atəşkəsə razı olduğunu açıqlayıb. Amerika lideri ölkəsinin hücumlar zamanı İsrailin özünü müdafiə haqqını tam dəstəklədiyini vurğulayıb.