Site icon Aznews TV

İsrailin iki hərbçisi Livanla sərhəddə ölüb

TASS xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Hizbullah” partlayıcı maddəylə ilə dolu pilotsuz uçuş aparatı ilə Qərbi Qalileya bölgəsinə zərbə endirib. Hadisə nəticəsində “Baram” briqadasının maddi-texniki təminat rotasına komandanlıq edən mayor ölüb, bir əsgər isə yaralanıb.

Bundan əlavə, bildirilib ki, Livandan atılan iki tank əleyhinə raketin Ramim silsiləsi ərazisində ordu mövqelərinə düşməsi nəticəsində “Qolani” briqadasının 51-ci batalyonundan bir serjant ölüb, daha 8 əsgər isə yaralanıb.

Qeyd edək ki, işğalçı müharibəyə başlasyandan bəri İsrailin ölən əsgərlərinin sayı artıq 715-ə çatıb, 4,4 mindən çox hərbçi xəsarət alıb.

Exit mobile version