Aznewstv xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, ötən gün ərzində İsrail ordusu Qəzza zolağında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlarda 3 hərbçisini itirib və bununla da 7 oktyabrdan indiyə qədər hərbi gərginliyin artması fonunda ümumilikdə 501 israilli hərbçi həlak olub.
Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 83-cü gündür ki, davam edir.