az

İsrailin cavab zərbəsindən qorxan kirmanşahlılar və isfahanlılar evlərini tərk edir

Kirmanşah və İsfahan şəhərlərində hərbi baza və əhəmiyyətli dövlət obyektlərinə yaxın ərazilərdə yaşayan vətəndaşlar evlerini tərk edirlər.

Bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıblar.

Bildirilir ki, həmin şəhərlərdə yerləşən hərbi bazarlardan İsrailə raket hücumları edilib.

“Sakinlər İsrailin cavab hücumlarından qorxduqları üçün daha təhlükəsiz bölgələrə getməyə çalışırlar”,- məlumatlarda deyilir.

Qeyd olunur ki, hökümət məmurlarının sakinlərin evlərini tərk etmələrinə mane olduqları üçün bəzi yerlərdə qarşıdurmalar yaranıb.

Xatırladaq ki, aprelin 2-i İranın İsrail ordusunun Dəməşqdə İran konsulluğuna bağlı binaya endirdiyi zərbələr nəticəsində 7 SEPAH komandiri həlak olub.

Bundan sonra İran Kirmanşah və İsfahan şəhərlərində yerləşən hərbi bazalardan İsrailə 300-dən çox raket buraxıb.

Qısa müddət sonra isə həmin bazalara PUA hücumalrı olub, hərbi mərkəzlərə ciddi ziyan dəyib.

Related Articles

Bir cavab yazın

Back to top button