İsrailin BMT-dəki səfiri Erdan bu görüşə reaksiya verib. “Bu əl sıxmağınızdan sonra israilli uşaqların qanını əllərinizdən yumağı unutmayın”, – deyə o, Twitter hesabında yazıb və sözügedən görüşdən fotonu şərh bölməsinə əlavə edib.
Diplomat bəyan edib ki, İsrail bundan sonra BMT-nin İrandakı nasist rejiminə verdiyi “legitimliyi tanımayacaq”, çünki Tehran özü “açıq şəkildə İsraili məhv etməyə çağırır”. Diplomat əlavə edib ki, “İran rejimini açıq şəkildə pisləyənə qədər” BMT-nin Xüsusi Koordinatoru ilə əlaqələri kəsir.