Dünyaİran

​​İsrailin BMT-dəki səfiri İranla təmasları olduğu üçün təşkilatın Yaxın Şərq nizamlanması üzrə koordinatoru ilə əlaqələri kəsdiyini açıqlayıb

Oktyabrın 13-də BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi nümayəndəsi Vennesland Livanda İranın xarici işlər naziri Abdullahianla görüşərək ondan Tehranın xəbərdarlıq mesajını alıb və İsrailə çatdırıb.

İsrailin BMT-dəki səfiri Erdan bu görüşə reaksiya verib. “Bu əl sıxmağınızdan sonra israilli uşaqların qanını əllərinizdən yumağı unutmayın”, – deyə o, Twitter hesabında yazıb və sözügedən görüşdən fotonu şərh bölməsinə əlavə edib.

Diplomat bəyan edib ki, İsrail bundan sonra BMT-nin İrandakı nasist rejiminə verdiyi “legitimliyi tanımayacaq”, çünki Tehran özü “açıq şəkildə İsraili məhv etməyə çağırır”. Diplomat əlavə edib ki, “İran rejimini açıq şəkildə pisləyənə qədər” BMT-nin Xüsusi Koordinatoru ilə əlaqələri kəsir.

#İran #İsrail

Related Articles

Bir cavab yazın

Back to top button