O, bu barədə özünün “X” media hesabında yazıb.
İlon Maskın İsrailin hərəkətlərini dəstəkləməsinə toxunnan səfir, ona antisemitizmin yayılmasını pislədiyinə görə təşəkkür edib.
“İndi sizin dediyiniz kimi, hərəkətə keçmək vaxtı çatıb. İslam Respublikasının lideri Əli Xaməneyi kimi yəhudilərin soyqırımına və İsrail dövlətinin məhvinə çağırış edənlər “X” və bütün sosial media platformalarından qovulmalıdır,- Gilad Erdan İlon Maska müraciətində qeyd edib.
O, həmçinin “X”də Əli Xaməneiyə aid istifadəçi hesabının İsrailin məhv edilməsinin və bu ölkənin xəritəsindən silinməsinin vurğulandığı yazılarından iki nümunə paylaşıb.