
İranın Suriya və İraqda yerləşməsinə icazə verməyəcəyik.
“Yeni Akit” xəbər verir ki, bu sözləri İsrailin Baş Qərargah rəisi Aviv Kohavi deyib.
“İranla məhdud qarşıdurma ehtimalı mövcuddur və bunun üçün hazırlaşırıq”, – qərargah rəisi bildirib.
Qərargah rəisi, həmçinin, İran İnqilab Keşikçiləri Korpusuna tabe Qüds briqadasının İraqa müasir silahlar keçirdiyini iddia edir. (Oxu.az)