Bu barədə ölkənin Tibbi Yardım Xidməti məlumat yayıb.
Bildirilib ki, xəsarət alan turistlər tibb müəssisələrinə yerləşdirilib.
Məlumata görə, ölən şəxs İtaliyadan gələn qonaq olub. Yaralananlardan üçünün vəziyyəti orta-ağırdır. Digər iki nəfərin xəsarətləri yüngüldür.
Xatırladaq ki, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib.
Bundan sonra polis onu zərərsizləşdirib.