Bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Yeni güc strukturu ifrat sağçı Yəhudi Gücü Partiyasının lideri İtamar Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzdində formalaşacaq.
Milli Qvardiya iğtişaşlar kimi fövqəladə hallarla mübarizə aparmalı olacaq. Lakin yaradılan güc strukturunun səlahiyyətlərinin əhatə dairəsini xüsusi komissiya müəyyən edəcək