Site icon Aznews TV

İsraildə “İran” fənni tədris olunacaq

Bu barədə İsrail mediası mlumat yayıb.

Bildirilib ki, “İran” fənnini ilk olaraq “Navon” liseyinin şagirdlərinə əsas təhsil sahələrindən biri kimi təklif edilib və hazırda “15 əlaçı tələbə” bunu qəbul edib.

Bunun sınaq məqsədilə başladıldığı və qarşıdakı illərdə bunun xüsusi fənn kimi başqa şəhərlərin məktəblərində də tədris olunacağı gözlənilir.

Kitaba SEPAH, Şah dövründəki etiraz mitinqləri, İran rəhbərinin hazırkı siyasətləri, İran cəmiyyətində şiyə və sünni məzhəblilərin vəziyyəti və fars dilinin öyrədilməsi daxil edilib.

Dəsrsliyi hazırlayanlar ümid edirlər ki, tədris ilinin sonunda şagirdlər İsrailin İranla bağlı təhlükəsizlik və kəşfiyyat məsələlərini dərindən öyrənəcəklər.

“Beləliklə, şagirdlər gələcəkdə İsrailin təhlükəsizlik qurumlarına İranla bağlı məlumat toplamaq, təhdidləri müəyyən etmək, terrorla mübarizə aparmaq və məlumat mənbələrini qiymətləndirmək üçün kömək edə biləcəklər”,- dərslik müəllifləri bildiriblər.

Məlumata görə, “İran” fənninin təlimatçıları əsasən Mossad-ın keçmiş agentləri, Daxili Təhlükəsizlik Təşkilatı və İsrailin 8200 bölməsinin əməkdaşlarıdırlar.

Exit mobile version