Dünya

İsrail Suriya ordusunun mövqelərini bombalayıb.

İsrail Suriya ordusunun Aralıq dənizi sahilindəki Latakiya şəhərindəki mövqelərini bombalayıb.

“ANT” xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hücumlar Suriya ordusunun Saqubein, Əl-Müşairifə ərazilərindəki obyektlərinə və Latakiya limanına yönəlib.

Qeyd edək ki, Qətərin “Əl-cəzirə” telekanalı daha əvvəl İsrail hərbi təyyarələrinin Suriyanın cənubundakı silah anbarına hücum etdiyini bildirib.

Məlumata görə, Dəməşqdən 70 km cənubda, Dəraa vilayətində yerləşən İzra şəhəri yaxınlığında Suriya ordusuna məxsus silah anbarı bombalanıb. Hava hücumu bir sıra partlayışlarla müşayiət olunub.

Related Articles

Bir cavab yazın

Back to top button