
Mayın 25-də yayılan məlumata görə, İsrail rəsmiləri, bunun 840-cı bölmə kimi tanınan Qüds Qüvvələrinin gizli qruplaşmasının əməliyyatlarını dayandırması ilə bağlı İrana xəbərdarlıq olduğunu deyiblər.
“İsraillilər Amerikaya bildiriblər ki, polkovnik Xudayi Yaxın Şərqdə və qonşu ölkələrdə 840-cı əməliyyat bölməsinə rəhbərlik edib.
O, son iki ildə Kolumbiya, Keniya, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrdə israillilərə, avropalılara, Amerika vətəndaşlarına və rəsmilərinə qarşı terror hücumlarında iştirak edib”-deyə, məlumatda bildirilib.
Qeyd edək ki, mayın 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.
Polkovnik Həsən Səyyad Xudayi 840-cı Qüds qüvvələri bölməsinin komandir müavini olub. 840-cı Qüds Qüvvələrinin missiyası İsrail maraqlarına zərbə vurmaq və İsrail vətəndaşlarına hücum etmək və bölgə ölkələrində İranmeyilli terror qruplaşmalarını təşkilatlandırmaqdan ibarətdir.