Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İsrail SEPAH-ın kəşfiyyat “şefi”ni müşahidə altında saxlayır

Türkiyədə israillilərə qarşı terror hücumları SEPAH-ın Kəşfiyyat İdarəsinin rəisi Hüseyn Taib tərəfindən planlaşdırılıb. Bu barədə İsrail rəsmiləri bu ölkənin xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatlara əsasən açıqlama verib.

Məlumatda qeyd edilir ki, son dövrlər İranda çoxlu sayda SEPAH zabitinin İsrail tərəfindən aradan götürülməsindən sonra Hüseyn Taib kəskin tənqid olunur və səhlənkarlıqda günahlandırılır.

Bu səbəbdən Türkiyədə İsrail vətəndaşlarına qarşı terror hücumları təşkil etmək onun üçün şəxsi intiqam məsələsinə çevrilib.

İsrail kəşfiyyatı Hüseyn Taibi daşürəkli və qatil adlandırır və bu İsrail kəşfiyyatının Hüseyn Taibi də öldürə biləcəyi ehtimalını artırır.

Bundan başqa, vurğulanır ki, Taib hazırda İsrailin xüsusi xidmət orqanlarının müşahidəsi altındadır və onun fəaliyyətləri izlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button