Aznewstv xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.
“Qəzza zolağının cənub blokadası adlandırdığım bir variant var. Aydındır ki, biz Misirlə sərhəddə bu dəliyi bağlamadan müharibəni bitirməyəcəyik. Çünki Fələstinin radikal HƏMAS hərəkatını məhv edəcəyik, Qəzzanı silahsızlaşdıracağıq, sonra bu dəlikdən digər silahlılar, yeni hərbi texnika, öldürücü silahlar gələcək. Ona görə də aydındır ki, biz bu anklavın Misirlə sərhədini bağlamalıyıq”, – deyə hökumət başçısı bildirib.
Bundan əvvəl “The Wall Street Journal” məlumat yayıb ki, İsrail hakimiyyəti Misirlə sərhəddə hərbi əməliyyat keçirməyi planlaşdırır.