Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

İsrail Ordusunun Baş Qərargah rəisi Livanı hədələyib

İsrail ordusundan verilən yazılı açıqlamaya görə, ordunun Baş Qərargah rəisi Herzi Halevi Beyrutda “Hizbullah”ın yüksək rütbəli komandirlərindən Fuad Şükrün öldürülməsindən sonra ordunun Livan sərhədində keçirilən təlimində iştirak edib.

Halevi təlimdə iştirak edən əsgərlərin qarşısında çıxış edib .

“Hizbullah”ın yüksək rütbəli komandirini və həmçinin “Hizbullah” lideri Həsən Nasullaha yaxın Fuad Şükrü öldürmək fürsətlərinin olduğunu vurğulayan Halevi Livana qarşı təhdidedici ifadələr işlədib.

O çıxışı zamanı bunları deyib:

“İsrail ordusu Beyrutun bir məhəlləsində necə hərəkət edəcəyini və müəyyən bir nöqtəyə necə çatacağını bilir. O, həmçinin yerin altında müəyyən bir nöqtəyə hücum etməyi də bilir. Biz həmçinin içəridə böyük bir qüvvə ilə necə mübarizə aparacağımızı da bilirik və siz də bu həftə bunun üçün təlim keçirsiniz.”

Related Articles

Bir cavab yazın

Back to top button