Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, işğalçı İsrail ordusu minlərlə dinc insanın sığındığı Əl-Şifa xəstəxanasının ərazisini bombalaması nəticəsində ölən və yaralananlar var.
İsrail ordusundan isə iddia edilib ki, Əl-Şifa xəstəxanası ərazisində HƏMAS-a qarşı dəqiq və məqsədyönlü əməliyyat keçirir.
Qeyd olunur ki, xəstəxanadakı əməliyyatda iştirak edən ordu qüvvələri arasında mülki şəxslərə zərər verməmək üçün xüsusi təlim keçmiş tibbi qruplar və ərəbdilli şəxslər var.