Dünya

İsrail ordusu Qəzzada Əl-Şifa xəstəxanasını bombalayır

İsrail ordusu Qəzza zolağının ən böyük xəstəxanası olan Əl-Şifa ərazisini bombardman etməyə başlayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, işğalçı İsrail ordusu minlərlə dinc insanın sığındığı Əl-Şifa xəstəxanasının ərazisini bombalaması nəticəsində ölən və yaralananlar var.

İsrail ordusundan isə iddia edilib ki, Əl-Şifa xəstəxanası ərazisində HƏMAS-a qarşı dəqiq və məqsədyönlü əməliyyat keçirir.

Qeyd olunur ki, xəstəxanadakı əməliyyatda iştirak edən ordu qüvvələri arasında mülki şəxslərə zərər verməmək üçün xüsusi təlim keçmiş tibbi qruplar və ərəbdilli şəxslər var.

Related Articles

Bir cavab yazın

Back to top button