![](https://www.aznews.tv/wp-content/uploads/2024/01/cdaf1d33-c71a-4a24-9261-ae3c1dc8ede6-780x470.jpg)
“Aznewstv”nın məlumatına görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin hərbi birləşmələri şəhərin rayonlarından birində yol qovşağında cəmləşib. Bundan əlavə, hərbi karvan şəhər istiqamətində hərəkət edir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib, bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox insanın girov götürülməsi ilə nəticələnib.
İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.