Dünyaİran

İsrail ölkənin diplomatik nümayəndəliklərini hazırlıq vəziyyətinə gətirdi

SEPAH-ın daha bir zabitinin Tehranda öldürülməsinin ardınca İsrail bu ölkənin digər dövlətlərdəki diplomatik nümayəndəliklərini hazırlıq vəziyyətinə gətirib.

Bu vəziyyətin İran hökumətinin SEPAH zabitinin mayın 22-də Tehranda qətlə yetitirlməsinə mümkün reaksiyası səbəbilə elan edildiyi bildirilir. Məlumatda qeyd olunub ki, İsrail hökumətinin qərarına görə, bu ölkənin başqa dövlətlərdəki səfirlik və konsulluqları hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, Həsən Səyyad Xudayi adlı SEPAH zabitinin Tehranda evinin önündə naməlum motosikletli şəxslər tərəfindən öldürülməsindən sonra ölkə prezidenti İbrahim Rəisi Xudayinin intiqamının alınacağını deyib.

Abadan şəhərində dağıntılar altında onlarla insanın qaldığı və bütün ölkənin məlum bina çökməsi üzündən yasa büründüyü bir vaxtda İbrahim Rəisinin bu cür nifrət dolu intiqam çıxışı sosial media istifadəçilərinin tənqidi ilə qarşılaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button