Dünya

İSRAİL “MAYANI BATIRDI”, UKRAYNA İSƏ “ÖLÜMÜNƏ VURUŞUR”… – Tramp nə edəcək?

Demokratlar getdi, respublikaçı Tramp gəldi. “Bu nəyi dəyişdirəcək” deyə, dünya baş sındırır. Müəyyən dəyişikliklər əlbəttə ki, olacaq. Amma ABŞ o dövlətlərdən deyil ki, hakimiyyət dəyişikliyi dövlətin siyasi kursunu da kökündən dəyişdirsin.

Bu dövlətin idarəçiliyində “dərin dövlət” adlandırılan kölgə strukturlarının nə qədər əhəmiyyətli olduğu bilinən faktdır. Ağ Evin daxili və ya xarici siyasətində hansısa əhəmiyyətli yöndəyişmə nəzərdə tutulursa, kölgə strukturları əvvəlki komandanın görəvdən uzaqlaşdırılmasına və yeni vəzifələri həyata keçirəcək başqa komandanın vəzifəyə gətirilməsinə ciddi təsir göstərir. Emosianal və impulsiv hərəkətləri ilə tanınan Trampın yenidən prezident olması onu deməyə əsas verir ki, Ağ Ev hansısa istiqamətlərdə kəskin addımlara hazırlaşır.

Bu gün ABŞ İngiltərə ilə birlikdə Orta Şərqdə və Ukrayna-Rusiya arasında gedən iki böyük müharibənin ˝moderatoru˝ rolundadır. Trampın gəlişi ilə məhz bu iki cəbhədə ciddi dəyişikliklərin olacağı gözlənilir. Yönləndirmə və təhcizat məsələsində hər iki müharibə arasında sıx əlaqə var. Bununla belə, ən azı iki müstəvidə – müharibələrin gedişində və hər iki müharibənin dünya çapında doğurduğu beynəlxalq rezonanslarda ciddi fərqlər var. Həmin fərqlərə diqqət yetirək:

 

 

 

İsrailin törətdiyi kütləvi qətllər beynəlxalq ictimai rəydə cox böyük mənfi reaksiya doğurub. Bu reaksiya həm İsrailə, həm də yəhudi dövlətinə tam dəstək verən ABŞ-yə qarşı yönəlib. Üstəlik, müharibə uzandıqca bölgədəki geosiyasi vəziyyət Ağ Evin əleyhinə yönəlir. Təkcə onu demək kifayətdir ki, əndazəni aşan qətliamlar şiə İranla körfəzin sünni ərəb dövlətləri arasında ciddi təmasların başlamasına səbəb olub.

Birbaşa Vatikanın təlimatı ilə Qərbin uzun illər ərzində yaratdığı sünni-şiə düşmənçiliyinin zəifləməsi isə ABŞ-nin bölgəni nəzarətdə saxlamaq üçün qurduğu dəngəni dağıdır.

Orta Şərq müharibəsinin ikinci diqqət çəkən məqamı ciddi nəticələr qazanılmadan müharibənin uzanmasıdır. Hesab edilirdi ki, İsrail qısa müddətdə “HƏMAS”-ı bitirəcək, tez bir zamanda “Hizbullah”-ı sıradan çıxarıb Livanı nəzarəti altına alacaq və müharibəni daha şimala daşıyaraq, Suriya, hətta İraq ərazisindəki dəngələri alt-üst edəcək. Bunun üçün İsrailə lazım olan bütün dəstək verildi. Amma tədricən aydın oldu ki, qurulan hesablar tutmur. Bir ildən artıqdır ki, cəmi 350 kvadrat kilometrlik Qəzza zolağı tam nəzarətə götürülməyib, “Həmas” hələ vuruşur.

 

 

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın erməni işğalından azad etdiyi torpaqların ümumi sahəsi 14000 kvadrat kilometrdir. “Hizbullah”-a qarşı müharibə də olduqca bərbad vəziyyətdədir. İsrail ordusu Livanla sərhəddə tıxanıb qalıb, “Hizbullah” yəhudi ordusunun irəliləməsinin qarşısını alıb. Artıq “Hizbullah”-la qapalı qapılar arxasındakı danışıqlar gündəmdədir. Görünən odur ki, İsrail bacarmadı və Qərbin Böyük Orta Şərq müharibəsinə ˝qoyduğu maya batıb˝.

 

 

 

Ukrayna cəbhəsində isə vəziyyət fərqlidir. İsrail müharibəsi ilə bağlı göstərilən hər iki məqam Ukrayna nümunəsində tam tərsinədir. Ukraynalılar öz vətənlərini qoruyur, Rusiyaya qarşı ˝ölümünə˝ savaşırlar. İsrailə artıqlaması ilə dəstək verildi, İsrail bacarmadı. Ukraynaya isə gərəkli olduğundan qat-qat az dəstək verilməsinə baxmayaraq, ukraynalılar dünyanın ikinci ordusu qarşısında fövqəladə dirəniş göstərir, hətta Rusiyanın bir hissəsini işğal ediblər. Beynəlxalq təpki məsələsinə gəldikdə, İsrailə verilən dəstək ABŞ-nin nüfuzunu və bölgədəki təsir gücünü zərbə altına qoyursa, Ukraynaya verilən dəstək ABŞ-nin nüfuzuna müsbət təsir göstərir və əksinə, dəstəyin azlığı tənqid olunur.

Hər iki cəbhədəki real vəziyyəti Ağ Ev də görür. Demokratlar hər iki cəbhədə ciddi dəyişiklik etməyə qərarlı görünürdülər. A. Blinkin və L.Ostinin İsrail müdafiə nəzinə ünvanladıqları ˝qətliamları dayandırmasanız sizə silah yardımı kəsiləcək˝ məzmunlu məktubunu yada salaq. 

 

 

Heç şübhəsiz, silah yardımının azaldılması insan haqlarının pozulması ilə deyil, İsrailin apardığı müharibənin uğursuzluğu ilə bağlıdır. İsrailin hücumları ildırım sürəti ilə hədəflərinə doğru irəliləsə idi, hər hansı yardım kəsintisindən söhbət belə getməzdi. Amma əllə tutulacaq nəticə yoxdur və yardımının kəsilməsini insan haqları ilə bağlamaqla, demokrat administrasiya heç olmasa, ABŞ-nin beynəlxalq imicini qismən də olsa bərpa etməyə çalışırdı.

Ukrayna cəbhəsində isə, yenə də tam tərisinə olaraq, Bayden hakimiyyəti dəstəyi artırmağı və hətta Rusiyaya qarşı NATO imkanlarından istifadəni etməyi gündəmə gətirirdi. Ukraynaya yardımın keyfiyyətcə yeni mərtəbəyə qaldırılması, müharibəyə Şimalı Koreya ordusun daxil olmasıdır.

 

 

Yüksək vəzifəli ABŞ rəsmiləri bir ağızdan Şimali Koreya hərbiçilərini qanuni hədəf elan edirlər. Konqresin Kəşfiyyat Komitəsinin sədri Mayk Törner isə Şimali Koreya qoşunlarının birbaşa ABŞ və NATO ordusu tərəfindən məhv edilməsini tələb edib. Bu isə NATO-nun Ukrayna tərəfində müharibəyə girməsi çağırışıdır. Təhlükəli addımdır. Diqqət çəkən də odur ki, Qərbin bütün addımları belə çağırışlarla başlanır.

Trampdan gözləntilər yenə də sahədə olan real vəziyyətin tam tərsinədir. Trampın İsrailə dəstəyi artıracağı, Ukraynaya dəstəyi isə kəsəcəyi təxmin olunur. Ən azı prezident olana qədər belə görünürdü. İndi Tramp prezidentdir. ABŞ-nin İsrail və Ukrayna müharibələrinə münasibətini də seçki öncəsi verilən vədlər deyi, oval kabinetdə stolun üstünə gələcək dosyelər müəyyən edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button