Aznewstv TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
Netanyahu bildirib ki, HƏMAS üç ay əvvəl İsrailə hücum edib, sonra hökumət HƏMAS-ı zərərsizləşdirmək, girovları geri qaytarmaq və Qəzza zolağının artıq ölkə üçün təhlükə yaratmaması üçün vəziyyəti təmin etmək üçün İsrailin müdafiə ordusuna müharibəyə başlamaq barədə göstəriş verib.
“Biz bütün bu məqsədlərə çatana qədər müharibə dayandırıla bilməz”, – Netanyahu deyib.
İsrail Livanla sərhəddə gərginliyin qaldığı cənub və şimalda təhlükəsizliyi bərpa etmək niyyətindədir.