Dünya

“İsrail məqsədlərinə çatanadək müharibəni dayandırmaq olmaz” – Netanyahu

Fələstinin HƏMAS qruplaşması məhv edilməyənə və bütün girovlar azad olunmayana qədər Qəzza zolağında müharibə dayandırıla bilməz.

Aznewstv TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

Netanyahu bildirib ki, HƏMAS üç ay əvvəl İsrailə hücum edib, sonra hökumət HƏMAS-ı zərərsizləşdirmək, girovları geri qaytarmaq və Qəzza zolağının artıq ölkə üçün təhlükə yaratmaması üçün vəziyyəti təmin etmək üçün İsrailin müdafiə ordusuna müharibəyə başlamaq barədə göstəriş verib.

“Biz bütün bu məqsədlərə çatana qədər müharibə dayandırıla bilməz”, – Netanyahu deyib.

İsrail Livanla sərhəddə gərginliyin qaldığı cənub və şimalda təhlükəsizliyi bərpa etmək niyyətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button