Onun sözlərinə görə, bu maliyyə yardımından HƏMAS öz yeraltı əməliyyatlarının davam etdirilməsi üçün istifadə edib.
“HƏMAS İsraillə davam edən toqquşmaların qızğın çağında öz imkanlarını qorumaq üçün maliyyə resurslarından strateji şəkildə istifadə edir. Onlar bu vəsaitləri yerin altında sağ qalmaq üçün yatırırlar”, – deyə Daniel Haqari əlavə edib.