Dünyaİran

İsrail İranın atom proqramını dayandırmaq üçün “alternativ plan” üzərində işləyir

“Amerika və başqa dünya gücləri müzakirələrin uğursuz olacağı halda İrana qarşı alternativ plan üzərində düşünürlər”.

Bu sözləri İsrailin Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi Gilad Erdan deyib.

Onun sözlərinə görə, artıq atom razılaşmasının canlandırılması şansı getdikcə mümkünsüzləşir. Buna görə də Amerika başda olmaqla dünya gücləri getdikcə daha çox İranın atom proqramını dayandırmaq üçün “B” planı üzərində işləyirlər.

Diplomat bildirib ki, İranın atom razılaşmasına qayıtmaması bu məsələ ətrafında dünya birliyinin baxışını tamamilə dəyişdirəcək.

Bildirək ki, İran son aylarda atom fəaliyyətini daha da genişləndirib. Dünya birliyi İranı atom silahı əldə etmək üçün atdığı bu təxribatçı addımlardan çəkinməyə çağırsalar da, Tehran prosesi davam etdirərək atom silahının “haram olduğunu”, buna görə də bu silahı əldə etməyə çalışmadığını iddia edir.

Ancaq təhlilçilərin fikrincə, İranın atom silahının haram olmasını qabardaraq guya bu silahı əldə etmək niyyətinin olmadığını iddia etməsi əsassızdır.

Related Articles

Bir cavab yazın

Back to top button