“Aznews” xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.
İddia edilir ki, “İsrailə qarşı hücumun müəyyən bir yerdə həyata keçiriləcəyini yüz faiz əminliklə söyləyəcək” kəşfiyyat məlumatları ortaya çıxsa, bu variant nəzərdən keçiriləcək.
İsrail hakimiyyəti hesab edir ki, zərbə İranda ABŞ və Aİ tərəfindən terrorçu kimi tanınan HƏMAS qruplaşmasının siyasi lideri İsmayıl Haniyə və radikal islamçı Hizbullah qruplaşmasının komandiri Fuad Şükrün İranda öldürülməsinə cavab olaraq həyata keçiriləcək. İsrail Haniyənin qətlinə görə məsuliyyət daşımır.
“İranın təhdidlərinə baxmayaraq, təlimatlarda heç bir dəyişiklik yoxdur”, – İsrail ordusunun sözçüsü Daniel Hagari qeyd edir. “The Wall Street Journal” danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən yazır ki, İran Haniyənin qətlinə görə İsraildən qisas alacağına söz verib və avqustun 4-də ABŞ və ərəb ölkələrinin reaksiyasını yumşaltmaq cəhdini rədd etdi. “Bizim reaksiyamızın müharibəyə səbəb olub-olmaması bizi maraqlandırmır”, – İran rəsmiləri bildirib.
“Axios” nəşri yazır ki, ABŞ İranın bu gün, avqustun 5-də İsraili vura biləcəyini gözləyir.