
İsrailin baş naziri Naftali Bennet deyib ki, İranın nüvə razılaşmasının bərpasına dair müzakirələrlə bir vaxtda Tehran da bölgədə öz aqressiv davranışlarını artırıb.
“Aznews tv”ın xəbərinə görə, o, fevralın 6-da İsrail hökumətinin iclasında bildirib: İran İsrail dövlətinə qarşı təhdidlər mənbəyi sayılır.
Bennet əlavə edib ki, onun rəhbərlik etdiyi hökumət İranın nüvə proqramı ilə mübarizəyə görə məsuliyyət daşıyır.