Site icon Aznews TV

İsrail ilə HƏMAS arasında üçüncü əsir mübadiləsi baş tutub – Yəhya Sinvar detalı diqqət çəkib

“AZNEWSTV” xəbər verir ki, bu barədə HƏMAS 3 məhbusu Qəzzada Qırmızı Xaç rəsmilərinə təhvil verib.

İsrailin də bu gün həbsdə olan 110 fələstinlini azad edəcəyi gözlənilir.

Digər tərəfdən, israilli məhbusların Qırmızı Xaç rəsmilərinə təhvil verildiyi yer diqqətdən yayınmayıb. Belə ki, sözügedən mübadilə HƏMAS-ın İsrail tərəfindən öldürülən rəhbəri Yəhya Sinvarın evinin önündə baş tutub.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının üzvləri də bölgəyə gələrək məhbus mübadiləsində iştirak edib.

Exit mobile version