Bölgə

İsrail hökumətinin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq

“Likud” partiyasının lideri Binyamin Netanyahunun yaratdığı yeni İsrail hökuməti dekabrın 29-da Knessetdə (parlamentdə) and içəcək.

TASS xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb.

Məlumata görə, Knesset üzvlərinə andiçmə mərasiminin yerli vaxtla saat 11:00-a təyin olunduğu barədə məlumat verilib.

Xatırladaq ki, dekabrın 22-nə keçən gecə B.Netanyahu İsrail Prezidenti İsxak Hersoqa hökumət koalisiyasının yaradılması ilə bağlı razılığa gəlindiyini rəsmən bildirib.

Buna “Likud partiyası” ilə birlikdə Knessetdəki 120 yerdən 64-nə nəzarət edən dini və ifrat sağçı qruplarla həftələrdir davam edən çətin danışıqlardan sonra nail olunub.

Related Articles

Bir cavab yazın

Back to top button