Dünya

İsrail “Hizbullah”ın mövqelərinə zərbə endirib, 2 terrorçu zərərsizləşdirilib

İsrail Bəşər Əsəd hökuməti tərəfində vuruşan iranyönümlü “Hizbullah” terrorçularının Suriyanın paytaxtı Dəməşq ətrafındakı mövqelərinə zərbə endirib.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, “Hizbullah”ın azı iki yaraqlısı zərərsizləşdirilib. Bundan başqa, yaralıların olduğu qeyd edilsə də, onların dəqiq sayı bəlli deyil.

Telekanalın məlumatına görə, zərbələr Dəməşq Beynəlxalq Hava Limanından bir neçə kilometr aralıda yerləşən silah anbarlarına İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirilib.

Related Articles

Bir cavab yazın

Back to top button